"Mançester Yunayted" "Everton"a böyük hesabla uduzub

"Mançester Yunayted" "Everton"a böyük hesabla uduzub Mançester Yunayted futbol üzrə İngiltərə çempionatının 35-ci turunun matçında Evertona məğlub olub.
Futbol
21 Aprel , 2019 19:15
Mançester Yunayted Evertona böyük hesabla uduzub

"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 35-ci turunun matçında "Everton"a məğlub olub.

"Report" xəbər verir ki, qarşılaşma "Qudison Park" stadionunda keçirilib.

Matç meydan sahiblərinin - "Everton"un 0:4 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 13-cü dəqiqədə Rişarlison açıb. Bundan 15 dəqiqə sonra Qilfi Siqurdsson (28-ci dəqiqə) "Everton"un 2-ci qolunu vurub. "Mançester Yunayted"in qapısına digər iki qol qarşılaşmanın 56 və 64-cü dəqiqələrdə vurulub. Lyuka Din və Teo Uolkott "Mançester Yunayted"i oyuna mərkəzdən başlamağa məcbur ediblər.

Bununla da "Mançester Yunayted" Ule Qunnar Sulşerin rəhbərliyi altında İngiltərə çempionatında ilk dəfə  böyük hesablı məğlubiyyətlə üzləşib. 

Son xəbərlər

Orphus sistemi