"Mançester Yunayted"dən Ronaldunun taktika seçiminə müdaxiləsi xəbərinə reaksiya

"Mançester Yunayted"dən Ronaldunun taktika seçiminə müdaxiləsi xəbərinə reaksiya İngiltərənin "Mançester Yunayted" klubunun baş Ule-Qunnar Sulşer portuqal hücumçu Kriştianu Ronaldunun komandanın taktikasına öz ideyaları ilə qarışacağı barədə informasiyanı şərh edib.
Futbol
2 Oktyabr , 2021 08:41
Mançester Yunayteddən Ronaldunun taktika seçiminə müdaxiləsi xəbərinə reaksiya

İngiltərənin "Mançester Yunayted" klubunun baş məqşçisi Ule-Qunnar Sulşer portuqal hücumçu Kriştianu Ronaldunun öz ideyaları ilə komandanın taktikasına qarışacağı barədə informasiyanı şərh edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Bu başqa məsələdir. İstəyirsiniz ki, mən buna cavab verim? Biz nə barədə danışırıqsa aramızda qalır. Ancaq belə danışığımız olmayıb”, - o deyib.

“Beş görüşdə beş qolun özü onun yaşı barədə hər şeyi deyir. Özünü idarə edə bilmək lazımdır. Bu, hamı üçün yaxşı nümunədir", - baş məşqçi “Sky Sports”a bildirib.

"Mançester Yunayted" avqustun 27-də Ronaldunun komandaya qayıdışını elan edib. KİV-in məlumatına görə, transferin məbləği 20 milyon avro təşkil edib. Ronaldu 2003-cü ildən 2009-cu ilə qədər "qırmızı şeytanlar"ın heyətində çıxış edib.

Son xəbərlər

Orphus sistemi