"Mançester Yunayted"dən darmadağın, "Barselona" "Yuventus"u məğlub etdi

"Mançester Yunayted"dən darmadağın, "Barselona" "Yuventus"u məğlub etdi UEFA Çempionlar Liqasında II turun görüşləri keçirilib. "Report" gecənin nəticələrini təqdim edir...
Futbol
29 Oktyabr , 2020 01:55
Mançester Yunayteddən darmadağın, Barselona Yuventusu məğlub etdi

UEFA Çempionlar Liqasında II turun son görüşləri keçirilib. "Report"un məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 matç təşkil olunub.

E qrupunda "Krasnodar" Rusiyada İngiltərənin "Çelsi" klubuna böyük hesabla uduzub - 0:4. "Sevilya" isə İspaniyada Fransa "Renn"ini minimal hesabla yenib. Bu nəticələrdən sonra "Çelsi" və "Sevilya" hərəyə 4 xalla qrupa başçılıq edir.

F qrupunda Dortmund "Borussiya"sı Almaniyada Rusiya "Zenit"ini məğlubiyyətə uğradıb - 2:0. "Brügge" isə Belçikada İtaliya "Latsio"su ilə heç-heçəyə razılaşıb - 1:1. Bununla da "Latsio" və "Brügge" hərəyə 4 xalla qrup liderliyini ələ keçirib.

G qrupunda İspaniya "Barselona"sı turun mərkəzi görüşündə "Yuventus"u İtaliyada məğlubiyyətə uğradıb - 2:0. Meydan sahibləri oyunu azlıqda başa vurub. Qonaq komandanın ikinci qoluna penaltidən Lionel Messi imza atıb. Bu nəticədən sonra "Barselona" 6 xalla vahid liderə çevrilib.

H qrupunda Türkiyə təmsilçisi "Başakşehir" evdə Fransa PSJ-sinə 0:2 hesabı ilə uduzub. "Mançester Yunayted" isə İngiltərədə Almaniya "Leyptsiq"ini darmadağın edib - 5:0. Bununla da "qırmızı şeytanlar" 6 xalla qrupda vahid lider olub.

Çempionlar Liqası

II tur

E qrupu
21:55. “Krasnodar” (Rusiya) – “Çelsi” (İngiltərə) - 0:4

Qollar: Kallum Hadson-Odoi, 37. Timo Verner, 76 (pen.). Hakim Ziyeş, 79. Kristian Pulişiç, 90

24:00. “Sevilya” (İspaniya) – “Renn” (Fransa) - 1:0

Qol: Lük de Yonq, 56

Xal durumu: “Çelsi” - 4, “Sevilya” - 4, “Krasnodar” - 1, “Renn” - 1

F qrupu
24:00. “Borussiya” (Dortmund, Almaniya) – “Zenit” (Rusiya) - 2:0

Qollar: Ceydon Sanço, 78 (pen.). Erlinq Holann, 90+1

24:00. “Brügge” (Belçika) – “Latsio” (İtaliya) - 1:1

Qollar: Hans Vanaken, 42 (pen.) - Xoakin Korrea, 14

Xal durumu: “Latsio” - 4, “Brügge” - 4, “Borussiya” - 3, “Zenit” - 0

G qrupu
24:00. “Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) - 0:2

Qol: Usman Dembele, 14. Lionel Messi, 90+1

Qırmızı vərəqə: Merih Demiral, 85 ("Yuventus")

24:00. "Ferentsvaroş" (Macarıstan) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:2

Qollar: Tokmak Nquen, 59. Frank Boli, 90 - Viktor Tsıqankov, 28 (pen.). Karlos De Pena, 41

Qırmızı vərəqə: Sergey Sidorçuk, 86 ("Dinamo")

Xal durumu: “Barselona” - 6, “Yuventus” - 3, “Dinamo” - 1, "Ferentsvaroş" - 1

H qrupu
21:55. “Başakşehir” (Türkiyə) – PSJ (Fransa) - 0:2

Qol: Moyze Kin, 64; 79

24:00. “Mançester Yunayted” (İngiltərə) – “Leyptsiq” (Almaniya) - 5:0

Qollar: Meyson Qrinvud, 21. Markus Reşford, 74; 78; 90+2. Antoni Marsyal, 87 (pen.)

Xal durumu: “Mançester Yunayted” - 6, PSJ - 3, “Leyptsiq” - 3, “Başakşehir” - 0.

Son xəbərlər

Orphus sistemi