"Mançester Yunayted"də Ronaldu ilə baş məşqçi arasında gərginlik baş verib

"Mançester Yunayted"də Ronaldu ilə baş məşqçi arasında gərginlik baş verib İngiıtərənin "Mançester Yunayted" komandasında futbolçu Kriştianu Ronaldu ilə baş məşqçi Ralf Ranqnik arasında gərginlik yaşanıb.
Futbol
20 Yanvar , 2022 11:51
Mançester Yunayteddə Ronaldu ilə baş məşqçi arasında gərginlik baş verib

İngiıtərənin "Mançester Yunayted" komandasında futbolçu Kriştianu Ronaldu ilə baş məşqçi Ralf Ranqnik arasında gərginlik yaşanıb.

"Report"un məlumatına görə, insident yanvarın 19-da "qırmızı şeytanlar"ın səfərdə "Brentford"a 3:1 hesabı ilə qalib gəldiyi Premyer Liqanın XVII turundan təxirə salınmış matçda baş verib.

71-ci dəqiqədə Ranqnik Ronaldunu Harri Maquayrla əvəzləməyi qərara alıb. Portuqaliyalı hücumçu meydanı tərk edərkən, kameralar önündə Ranqnikə qışqıraraq bunları deyib: "Niyə mən? Niyə məni meydandan çıxardın"?

Daha sonra 37 yaşlı forvard gödəkçəsini əynindən tullayıb və ehtiyat oyunçular skamyasının yanındakı pilləkəndə oturub.

Oyundan sonra baş məşqçi Ronaldunun hərəkətini belə dəyərləndirib: "Bu, normal haldır, o da oynamaq və qol vurmaq istəyir. Daha əvvəl kiçik zədəsi olmuşdu. İrəlidə daha bir vacib qarşılaşmamızın olduğunu unutmayaq. Digər tərəfdən, "Aston Villa" ilə görüşdə üstünlüyümüzü əldən vermişdik. Eyni səhvi təkrarlamaq üçün 5 müdafiəçili sistemə keçməyimiz lazım idi. Ronaldu məndən əvəzlənmə səbəbini soruşduqda cavab verdim ki, bu qərarı komandanın mənafeyi naminə qəbul etmişəm. Bir neçə ildən sonra özü məşqçi olduqda məni anlayacaq".

Qeyd edək ki, bu qələbədən sonra xalını 35-ə çatdıran "Mançester Yunayted" 7-ci pillədə qərarlaşıb. Premyer Liqanın debütantı "Brentford" isə 23 xalla 14-cüdür.

Son xəbərlər

Orphus sistemi