"Mançester Yunayted" 6 futbolçu transfer etmək istəyir

"Mançester Yunayted" 6 futbolçu transfer etmək istəyir İngiltərə Mançester Yunaytedi növbəti iki transfer pəncərəsi planları barədə qərar verib.
Futbol
105
17 Oktyabr , 2019 16:07
Mançester Yunayted 6 futbolçu transfer etmək istəyir

İngiltərə "Mançester Yunayted"i növbəti iki transfer pəncərəsi planları barədə qərar verib.

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" iki hücumçu, eyni sayda mərkəz yarımmüdafiəçisi, eyni zamanda mərkəz və sol cinah müdafiəçisi ilə birlikdə 6 oyunçu almaq istəyir.

Hücumçu ampluasına İtaliya "Yuventus"undan Mario Mancukiç və Fransa "Lion"undan Mussa Dembele, yarımmüdafiəçi mövqeyinə isə İspaniya "Atletiko"sundan Saul Nyiges və "Lester"dən Ceyms Meddison əsas namizəddir. Müdafiə möqveyindəki oyunçuların kimliyi isə açıqlanmayıb. Bildirilir ki, bu transferlər həm qış, həm də yay transfer pəncərəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 9 xalla 12-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi