“Mançester Yunayted” Aleksis Sançesi icarəyə vermək istəyir

“Mançester Yunayted” Aleksis Sançesi icarəyə vermək istəyir İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Aleksis Sançesi icarəyə vermək niyyətindədir.
Futbol
12 Mart , 2019 20:36
“Mançester Yunayted” Aleksis Sançesi icarəyə vermək istəyir

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Aleksis Sançesi icarəyə vermək niyyətindədir.

“Report” “The Sun”a istinadən xəbər verir ki, baş məşqçi Ule Qunnar Sulşer 30 yaşlı hücumçunun xidmətində maraqlı deyil.

Qeyd edək ki, A.Sançesin ötən ilin yanvarında transfer olunduğu “Mançester Yunayted”lə 2022-ci ilin iyun ayına qədər müqaviləsi var. O, cari mövsümdə iştirak etdiyi 23 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi