"Mançester Yunayted" afrikalı yarımmüdafiəçi aldı

"Mançester Yunayted" afrikalı yarımmüdafiəçi aldı İngiltərənin "Mançester Yunayted" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
7 Yanvar , 2021 20:55
Mançester Yunayted afrikalı yarımmüdafiəçi aldı
Amad Diallo

İngiltərənin "Mançester Yunayted" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya "Atalanta"sından yarımmüdafiəçi Amad Diallonu transfer edib.

Mançester təmsilçisi kotdivuarlı vingerlə 4,5 illik müqavilə imzalayıb. Sözləşmə başa çatdıqdan sonra müddəti daha 1 il müddətinə uzadıla bilər.

Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsümdə "Atalanta"nın heyətində 2 oyun keçirib. Onun transfer qiyməti 15 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi