"Mançester Yunayted" 17 yaşlı serbiyalını 12 milyon avroya alacaq

"Mançester Yunayted" 17 yaşlı serbiyalını 12 milyon avroya alacaq "Mançester Yunayted" "Partizan"ın gənc hücumçusu
Futbol
620
15 Avqust , 2020 02:25
Mançester Yunayted 17 yaşlı serbiyalını 12 milyon avroya alacaq

"Mançester Yunayted" "Partizan"ın gənc hücumçusu Filip Stevanoviçlə müqavilə imzalayacaq.

"Report" xəbər verir ki, 17 yaşlı hücumçunun transferi mankunianlılara 12 milyon avroya başa gələcək.

Futbolçu 2020/21 mövsümünü icarə əsasında "Partizan" da keçirəcək. Ötən mövsüm Stevanoviç Avropa Liqasının qrup mərhələsində "qırmızı şeytanlar" a qarşı oynayıb.

Stevanoviç Serbiyanın son çempionatında 25 oyun keçirib və 8 qol vurub.

Orphus sistemi