"Mançester Siti" yeni hücumçu almayacaq

"Mançester Siti" yeni hücumçu almayacaq Qvardiola pandemiya dövründə bunun mümkünsüz olduğunu söyləyib
Futbol
2 Aprel , 2021 18:53
Mançester Siti yeni hücumçu almayacaq

İngiltərənin "Mançester Siti" klubu maliyyə çətinlikləri səbəbindən yay transfer pəncərəsində yeni hücumçu almayacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola Britaniya mətbuatına açıqlamasında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşən Serxio Aqueronun əvəzinə forvard transferi olmayacaq. Qvardiola pandemiya dövründə bunun mümkünsüz olduğunu söyləyib.

Qeyd edək ki, 2011-ci ildən Premyer Liqa təmsilçisində çıxış edən Serxio Aquero 384 oyunda vurduğu 257 qolla komandanın ən sərrast futbolçusudur. 33 yaşlı forvard "Mançester Siti"nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasını, 5 dəfə Liqa Kubokunu, bir dəfə ölkə kubokunu qazanıb. O, həmçinin 3 dəfə İngiltərə Super Kubokuna sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi