"Mançester Siti" - "Şalke" matçının nəticəsi İngiltərə və Almaniyada tarixə düşüb

"Mançester Siti" - "Şalke" matçının nəticəsi İngiltərə və Almaniyada tarixə düşüb İngiltərənin Mançester Siti klubunun Almaniya Şalkesi üzərində Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab görüşündə qazandığı 7:0 hesablı qələbə hər iki ölkənin tarixinə düşüb.
Futbol
13 Mart , 2019 10:42
Mançester Siti - Şalke matçının nəticəsi İngiltərə və Almaniyada tarixə düşüb

İngiltərənin "Mançester Siti" klubunun Almaniya "Şalke"si üzərində Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab görüşündə qazandığı 7:0 hesablı qələbə hər iki ölkənin tarixinə düşüb. 

"Report" xəbər verir ki, "Şalke"nin 7 top fərqli ilə uduzması Almaniya komandalarının ÇL-dəki ən ağır məğlubiyyəti olub. Əvvəllər bu ölkənin heç bir təmsilçisi bu qədər böyük fərqlə uduzmayıb. 

İki oyunun nəticəsinə görə 10:2 hesabı ilə qalib gələn "şəhərlilər" isə İngiltərə klubları üçün rekord müəyyənləşdirib. Buna qədər "Dumanlı Albion"un heç bir təmsilçisi mötəbər turnirin pley-off mərhələsində 8 top fərqi ilə qalib gəlməyib. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi