"Mançester Siti" - "Real Madrid" oyununda meydana azarkeş daxil olub

"Mançester Siti" - "Real Madrid" oyununda meydana azarkeş daxil olub İngiltərədə "Mançester Siti" və İspaniya "Real Madrid"i arasında keçirilən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda maraqlı hadisə baş verib.
Futbol
237
27 Aprel , 2022 00:53
Mançester Siti - Real Madrid oyununda meydana azarkeş daxil olub

İngiltərədə "Mançester Siti" və İspaniya "Real Madrid"i arasında keçirilən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə meydana azarkeşlər daxil olub. Bu səbəbdən görüşdə 2 dəqiqəlik məcburi fasilə yaranıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları fanatları meydandan kənarlaşdırdıqdan sonra qarşılaşma davam etdirilib.

Qeyd edək ki, hazırda oyunda hesab "Mançester Siti"nin xeyrinədir - 4:3.

Son xəbərlər

Orphus sistemi