"Mançester Siti" "Real Madrid"in ulduzunu transfer etmək istəyir

"Mançester Siti" "Real Madrid"in ulduzunu transfer etmək istəyir İspaniya "Real Madrid"inin futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Futbol
590
16 Yanvar , 2022 15:24
Mançester Siti Real Madridin ulduzunu transfer etmək istəyir

İspaniya "Real Madrid"inin futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Report" "El Nacional"a istinadən xəbər verir ki, "Mançester Siti" braziliyalı hücumçunun xidmətində maraqlıdır.

İddiaya görə, "şəhərlilər" artıq 22 yaşlı forvardla bağlı "kral klubu"na rəsmi sorğu göndərib. Mançester təmsilçisi gənc oyunçunu cari mövsümün sonunda heyətinə qatmaq istəyir. Məşqçilər heyəti Vinisiusu İspaniya "Barselona"sına transfer olunan Ferran Torresin əvəzləyicisi kimi görür.

LakinLa Liqa klubu aparıcı futbolçusunu satmağa elə də isti yanaşmır.

Qeyd edək ki, 2018-ci ildən "Real Madrid"də çıxış edən Vinisius Junior Madrid təmsilçisində ümumilikdə 145 oyun keçirib. Hücumçu bu qarşılaşmalarda 29 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi