"Mançester Siti" Qvardiolaya yeni müqavilə təklif edir

"Mançester Siti" Qvardiolaya yeni müqavilə təklif edir İngiltərənin "Mançester Siti" klubu komandanın baş məşqçisi Xosep Qvardiolaya yeni müqavilə təklif edəcək.&
Futbol
405
14 İyul , 2020 13:47
Mançester Siti Qvardiolaya yeni müqavilə təklif edir
Xosep Qvardiola

İngiltərənin "Mançester Siti" klubu komandanın baş məşqçisi Xosep Qvardiolaya yeni müqavilə təklif edəcək. 

"Report" "Daily Mirror"a istinadən xəbər verir ki, klub rəhbərliyi 49 yaşlı mütəxəssislə yeni sözləşmə imzalamaq üçün İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından istifadə etmək niyyətindədir. 

Qeyd edək ki, CAS UEFA-nın "Mançester Siti"ni avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı verdiyi qərarı ləğv edib. Xosep Qvardiola 2016-cı ilin yayından komandaya rəhbərlik edir. Onun sözləşməsi 2021-ci ilin yayına qədər qüvvədədir. Komanda ispaniyalı baş məşqçinin rəhbərliyi altında iki dəfə ölkə çempionatının, bir dəfə isə kubokunun qalibi olub.