"Mançester Siti" "Nyukasl Yunayted"i darmadağın edib

"Mançester Siti" "Nyukasl Yunayted"i darmadağın edib İngiltərə Premyer Liqasının 34-cü turunun matçında "Mançester Siti" "Nyukasl Yunayted"i qəbul edib.
Futbol
9 İyul , 2020 04:10
Mançester Siti Nyukasl Yunaytedi darmadağın edib

İngiltərə Premyer Liqasının 34-cü turunun matçında "Mançester Siti" "Nyukasl Yunayted"i qəbul edib.

“Report” xəbər verir ki, görüş “Etihad” stadionunda keçirilib və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şəhərlilər"in qollarını Qariel Jezus, Riyad Marez, David Silva, Rahim Sterlinq vurub, "Nyukasl"ın oyunçusu Federiko Fernandes isə avtoqolla meydan sahiblərinin hesabdakı üstünlüyünü bir qədər də artırıb.

"Mançester Siti" bu qələbədən sonra 69 xal toplayıb və İngiltərə Premyer Liqasının yarış cədvəlində 2-ci yerə yüksəlib. "Nyukasl Yunayted" 43 xalla 13-cü yerdə qərarlaşıb.

Turnir cədvəlinə çempionluq titulunu vaxtından əvvəl rəsmiləşdirmiş "Liverpul" liderlik edir.

Son xəbərlər

Orphus sistemi