“Mançester Siti”nin qapıçısı Premyer Liqa rekordunu təkrarlayıb

“Mançester Siti”nin qapıçısı Premyer Liqa rekordunu təkrarlayıb İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson Premyer Liqa rekordunu təkrarlayıb.
Futbol
21 fevral 2024 07:11
“Mançester Siti”nin qapıçısı Premyer Liqa rekordunu təkrarlayıb

İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Ederson Premyer Liqa rekordunu təkrarlayıb.

“Report”un məlumatına görə, braziliyalı qolkiper “Brentford”a qarşı XVIII turdan təxirə salınan oyunda (1:0) qol buraxmayaraq, klubun tarixinə düşüb.

Bu, 30 yaşlı futbolçunun “şəhərlilər”in heyətində ölkə çempionatında qapısını toxunulmaz saxladığı 109-cu görüş olub. Ederson bunu 241-ci qarşılaşmasında reallaşdırıb. O, “Mançester Siti”nin sabiq qapıçısı Co Harta məxsus klub rekordunu təkrarlayıb. Hart 266 matçda bu göstəriciyə çatıb.

Qeyd edək ki, Ederson Moraeş 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.

Son xəbərlər

Orphus sistemi