"Mançester Siti"nin oyunundan sonra 2 azarkeş həbs olunub, biri saxlanılıb

"Mançester Siti"nin oyunundan sonra 2 azarkeş həbs olunub, biri saxlanılıb İngiltərə polisi "Mançester Siti" və "Börnli" komandaları arasında "Etihad stadionunda" keçirilmiş Premyer Liqanın VIII tur matçından sonra 2 azarkeşi həbs edib.
Futbol
243
17 Oktyabr , 2021 10:48
Mançester Sitinin oyunundan sonra 2 azarkeş həbs olunub, biri saxlanılıb

İngiltərə polisi "Mançester Siti" və "Börnli" komandaları arasında "Etihad stadionunda" keçirilmiş Premyer Liqanın VIII tur matçından sonra 2 azarkeşi həbs edib.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, hadisəyə fanatların homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.

Həmçinin ictimai asayişi pozmaqda və xidmətdə olan polis əməkdaşlarına hücum etməkdə şübhəli bilinən başqa bir tərəfdar saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, matçlar zamanı irqçilik və təhqirə yol verənlərə qarşı qəti tədbirlər görüləcək.

Qeyd edək ki, "Mançester Siti" - "Börnli" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi