"Mançester Siti"nin iki futbolçusu koronavirusa yoluxdu

"Mançester Siti"nin iki futbolçusu koronavirusa yoluxdu İngiltərənin "Mançester Siti" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Futbol
25 Dekabr , 2020 15:51
Mançester Sitinin iki futbolçusu koronavirusa yoluxdu

İngiltərənin "Mançester Siti" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

"Report" "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, Qabriel Jezus və Kayl Uokerin testi müsbət olub.

Bundan əlavə, klubun iki işçisində də infeksiya aşkarlanıb. Dörd şəxsin hər biri təcrid edilib.

Qeyd edək ki, "Mançester Siti" 13 oyundan sonra Premyer Liqada 23 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi