"Mançester Siti"nin futbolçusunun cəza müddəti uzadılıb

"Mançester Siti"nin futbolçusunun cəza müddəti uzadılıb UEFA İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kayl Uokerin diskvalifikasiya müddətini uzadıb.
Futbol
28 Yanvar , 2022 20:53
Mançester Sitinin futbolçusunun cəza müddəti uzadılıb

UEFA İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kayl Uokerin diskvalifikasiya müddətini uzadıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna 32 yaşlı müdafiəçinin Almaniyada "Leyptsiq"ə 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçında qırmızı vərəqə alması səbəb olub. Nəticədə ingiltərəli futbolçuya verilmiş cəza 3 oyunadək artırılıb.

Beləliklə, Uoker Portuqaliya "Sportinq"ə ilə 1/8 final mərhələsinin hər iki görüşünü buraxacaq. Həmçinin "şəhərlilər" 1/4 finala çıxacağı təqdirdə, müdafiəçi bu raundun ilk qarşılaşmasında da iştirak etməyəcək.

Son xəbərlər

Orphus sistemi