"Mançester Siti"nin futbolçusu bir aylıq sıradan çıxıb

"Mançester Siti"nin futbolçusu bir aylıq sıradan çıxıb İngiltərənin Mançester Siti komandasının futbolçusu Con Stounz zədələnib.
Futbol
17 Sentyabr , 2019 20:03
Mançester Sitinin futbolçusu bir aylıq sıradan çıxıb

İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Con Stounz zədələnib.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi səhər məşqində xəsarət alıb. Onun əzələsində problem aşkarlanıb. İngiltərəli oyunçunun 1 ay yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.

Qeyd edək ki, Con Stounz 2016-cı ildən "Mançester Siti"də çıxış edir. 

Son xəbərlər

Orphus sistemi