"Mançester Siti"nin futbolçuları və Ronaldu rəmzi komandaya düşməyiblər

"Mançester Siti"nin futbolçuları və Ronaldu rəmzi komandaya düşməyiblər İngiltərə Premyer Liqasında cari mövsümün rəmzi komandası açıqlanıb.
Futbol
10 Yanvar , 2022 20:18
Mançester Sitinin futbolçuları və Ronaldu rəmzi komandaya düşməyiblər
Kriştianu Ronaldu

İngiltərə Premyer Liqasında cari mövsümün rəmzi komandası açıqlanıb.

"Report" xəbər verir ki, BBC-nin azarkeşlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ən yaxşı 11-likdə çempionatın lideri "Mançester Siti"dən heç bir oyunçu yer almayıb.

Həmçinin fanatlar "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunu simvolik komandaya layiq görməyiblər.

Qapıçı: Aaron Ramsdeyl ("Arsenal")

Müdafiəçilər: Tarik Lampti, Şeyn Daffi (hər ikisi "Brayton"), Vircil van Deyk, Endryu Robertson (hər ikisi "Liverpul")

Yarımmüdafiəçilər: Konor Qallaher ("Kristal Pelas"), Deklan Rays ("Vest Hem"), N Qolo Kante ("Çelsi")

Hücumçular: Məhəmməd Salah ("Liverpul"), Maykl Antonio ("Vest Hem"), Kay Haverts ("Çelsi")

Son xəbərlər

Orphus sistemi