"Mançester Siti"nin aparıcı futbolçusu zədələnib

"Mançester Siti"nin aparıcı futbolçusu zədələnib Bakı. 11 dekabr. REPORT.AZ/ İngiltərənin Mançester Siti klubunun aparıcı futbolçularından hesab olunan David Silva zədələnib.
Futbol
11 Dekabr , 2018 19:00
Mançester Sitinin aparıcı futbolçusu zədələnib

Bakı. 11 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubunun aparıcı futbolçularından hesab olunan David Silva zədələnib.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi əzələsindən xəsarət alıb. Təcrübəli oyunçu üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

D.Silva İngiltərə çempionatında "Everton", "Lester", "Sautgempton" komandalarına qarşı və Liqa Kubokunda "Lester"lə matçda iştirak etməyəcək. O həmçinin sabah keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında Almaniya "Hoffenhaym"ı ilə oyunu da buraxacaq.

Qeyd edək ki, David Silva 2010-cu ildən "Mançester Siti"də çıxış edir. Bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edən yarımmüdafiəçi 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır. 

Son xəbərlər

Orphus sistemi