"Mançester Siti" Messiyə görə De Bröynenin maaşını azaltmaq istəyir

"Mançester Siti" Messiyə görə De Bröynenin maaşını azaltmaq istəyir İngiltərənin "Mançester Siti" klubu və belçikalı futbolçu Kevin De Bröyne arasında yeni müqavilə ilə bağlı danışıqların detalları bəlli olub.
Futbol
245
6 Yanvar , 2021 15:16
Mançester Siti Messiyə görə De Bröynenin maaşını azaltmaq istəyir
Kevin De Bröyne

İngiltərənin "Mançester Siti" klubu və belçikalı futbolçu Kevin De Bröyne arasında yeni müqavilə ilə bağlı danışıqların detalları bəlli olub.

"Report" "The Atletic" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "şəhərlilər"in ilk təklifini geri çevirib.

Buna səbəb Mançester təmsilçisinin təcrübəli oyunçunun maaşını azaltmaq istəməsidir. İddiaya görə, bu ilin yayında İspaniya "Barselona"sı ilə müqaviləsi başa çatacaq Lionel Mesinin mümkün transferini nəzərə alan klub rəhbərliyi De Bröyneyə hazırkı ilə müqayisədə aşağı məvacib təklif edib.

Rəhbərliyin addımından məyus olan futbolçu müqavilənin müddətini uzatmaqdan imtina edib.

Qeyd edək ki, Kevin De Bröynenin "Mançester Siti" ilə 2023-cü ilin yayınadək sözləşməsi var.

Son xəbərlər

Orphus sistemi