"Mançester Siti"inin futbolçusu ilin ən yaxşı pleymeykeri seçilib

"Mançester Siti"inin futbolçusu ilin ən yaxşı pleymeykeri seçilib İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Brüyne 2021-ci ilin ən yaxşı pleymeykeri seçilib.
Futbol
29 Noyabr , 2021 17:29
Mançester Sitiinin futbolçusu ilin ən yaxşı pleymeykeri seçilib

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Brüyne 2021-ci ilin ən yaxşı pleymeykeri seçilib.

"Report"un məlumatına görə, Belçika millisinin yarımmüdafiəçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.

30 yaşlı oyunçu 160 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin hücumçusu Lionel Messi 105 xalla 2-ci olub. İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş və Almaniya "Bavariya"sından Tomas Müller hərəyə 15 xalla 3 - 4-cü yerləri bölüşdürürlər.

Son xəbərlər

Orphus sistemi