"Mançester Siti" ilk transferini gerçəkləşdirdi

"Mançester Siti" ilk transferini gerçəkləşdirdi İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
1555
30 İyul , 2020 12:31
Mançester Siti ilk transferini gerçəkləşdirdi
Eurosport.ru

İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, "şəhərlilər" İspaniya "Valensiya"sından Fernan Torresin keçidini həll edib.

20 yaşlı vingerlə anlaşan Premyer Liqa təmsilçisi onunla 5 illik müqavilə imzalayacaq. Mançesterlilərin bu transfer üçün qarşı tərəfə 27 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Bu, "Mançester Siti"nin mövsümlərarası fasilədə ilk transferidir.

Qeyd edək ki, ötən mövsüm "Valensiya"nın heyətində 44 oyun keçirən ispan futbolçu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi