"Mançester Siti" İngiltərə Kubokunun yarımfinalına yüksəldi

"Mançester Siti" İngiltərə Kubokunun yarımfinalına yüksəldi İngiltərə Kubokunun 1/4 final matçında "Mançester Siti" "Everton"la qarşılaşıb.
Futbol
20 Mart , 2021 23:42
Mançester Siti İngiltərə Kubokunun yarımfinalına yüksəldi

Futbol üzrə İngiltərə Kubokunun 1/4 final matçında "Mançester Siti" "Everton"la qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Liverpulda "Qudison Park" stadionunda boş tribunalar qarşısında keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hər iki qol oyunun ikinci hissəsində vurulub. Matçda hesabı 84-cü dəqiqədə yarımmüdafiəçi İlkay Gündoğan açıb. Bundan 6 dəqiqə sonra Kevin de Breyne Rodrinün ötürməsi ilə fərqlənib.

Beləliklə, Xosep Qvardiolanın yetirmələri milli kubokun ikinci yarımfinalçısı olublar. Bundan əvvəl isə "Sautqempton" 1/4 final matçında "Bornmut"dan üstün olub.

Son xəbərlər

Orphus sistemi