"Mançester Siti" əsas hücumçusunu transferə çıxardı

"Mançester Siti" əsas hücumçusunu transferə çıxardı İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rahim Sterlinqi transferə çıxarıb.
Futbol
17 İyul , 2021 10:39
Mançester Siti əsas hücumçusunu transferə çıxardı
Rahim Sterlinqi

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rahim Sterlinqi transferə çıxarıb.

"Report" "The Atletic"ə istinadən xəbər verir ki, bu qərar baş məşqçi Xosep Qvardiolanın istəyilə qəbul olunub.

Hücum xəttini yeniləmək niyyətində olan ispaniyalı mütəxəssis ingiltərəli forvardın satılmasına razılıq verib.

Qeyd edək ki, Rahim Sterlinq 2015-ci ildə 63,7 milyon avro qarşılığında "Liverpul"dan "Mançester Siti"yə keçib. Onun "şəhərlilər"lə 2 illik müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi