"Mançester Siti"dən növbəti transfer

"Mançester Siti"dən növbəti transfer İngiltərə "Bornmut"unun futbolçusu Natan Ake "Mançester Siti" klubuna transfer olub.
Futbol
906
5 Avqust , 2020 23:27
Mançester Sitidən növbəti transfer

İngiltərə "Bornmut"unun futbolçusu Nathan Ake "Mançester Siti" klubuna transfer olub. 

"Report"un "şəhərlilər"in rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. hollandiyalı oyunçunun keçidi 41 milyon funt sterlinqə başa gəlib.

Ötən mövsüm çempionatda 29 oyun keçirmiş Ake 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Daha əvvəl "Mançester Siti" İspaniya "Valensiya"sından Ferran Torresi heyətinə qatıb.

Yarımmüdafiəçi 5 illik sözləşməyə imza atıb. 

Qeyd edək ki, Nathan Ake "Çelsi"nin yetirməsidir. O, əvvəllər "Redinq" və "Uotford"da da forma geyinib. "Bornmut" mövsümün yekunu olaraq, Premyer Liqanı tərk edib.   

Son xəbərlər

Orphus sistemi