"Mançester Siti"dən Messi açıqlaması

"Mançester Siti"dən Messi açıqlaması İngiltərənin "Mançester Siti" klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messinin mümkün transferi ilə bağlı yayılan məlumatlara reaksiya verib
Futbol
19 Fevral , 2021 14:59
Mançester Sitidən Messi açıqlaması
Lionel Messi

İngiltərənin "Mançester Siti" klubu İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messinin mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibətini açıqlayıb.

"Report" xəbər verir ki, "şəhərlilər"in nümayəndəsi "Sky Sports"a açıqlamasında 34 yaşlı hücumçuya təklif göndərmədiklərini və onunla danışıqlar aparmadıqlarını bildirib.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi yayda başa çatacaq. Bu səbəbdən, argentinalı oyunçu istənilən klubla danışıq apara bilər. Ulduz futbolçu 2020-ci ilin yayında "Barselona"nı tərk etmək istədiyini bildirib. Lakin klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi