"Mançester Siti"dən darmadağın, "Real Madrid" məğlubiyyətdən qurtuldu

"Mançester Siti"dən darmadağın, "Real Madrid" məğlubiyyətdən qurtuldu UEFA Çempionlar Liqasında II turun ilk oyun gününə yekun vurulub.
Futbol
3265
28 Oktyabr , 2020 01:57
Mançester Sitidən darmadağın, Real Madrid məğlubiyyətdən qurtuldu

UEFA Çempionlar Liqasında II turun ilk oyun gününə yekun vurulub.

"Report"un məlumatına görə, A qrupunda Almaniya "Bavariya"sı ilə yanaşı, İspaniya "Atletiko"su da qələbə qazanıb.

B qrupunda İspaniyanın digər təmsilçisi "Real Madrid" Almaniyanın Mönhenqladbax şəhərində "Borussiya"ya məğlubiyyətdən son anda qurtulub. "Şaxtyor" isə Ukraynada İtaliya "İnter" ilə heç-heçə edərək, liderliyini qoruyub.

C qrupunda "Portu" Portuqaliyada Yunanıstan "Olimpiakos"unu, İngiltərənin "Mançester Siti" komandası isə Fransada "Marsel"i yenməyi bacarıb.

D qrupunda isə İngiltərə "Liverpul"u evdə "Danimarka "Midtüllann"ını yendiyi halda, "Atalanta" İtaliyada Hollandiya "Ayaks"ı ilə heç-heçə edib.

Çempionlar Liqası
II tur
27 oktyabr

A qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” (Almaniya) - 1:2

Qollar: Anton Mirançuk, 70 - Leon Qoretska, 14. Coşua Kimmix, 79

00:00. “Atletiko” (İspaniya) – “Zaltsburq” (Avstriya) - 3:2

Qollar: Markos Lyorente, 29. Joau Feliş, 52; 85 - Dominik Şoboşlai, 40. Mergim Berişa, 47

Xal durumu: “Bavariya” - 6, “Atletiko” - 3, “Lokomotiv” - 1, “Zaltsburq” - 1

B qrupu
21:55. “Şaxtyor” (Donetsk, Ukrayna) – “İnter” (İtaliya) - 0:0

00:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Real Madrid” (İspaniya) - 2:2

Qollar: Markus Türam, 33; 58 - Kərim Benzema, 87. Kazemiro, 90+3

Xal durumu: “Şaxtyor” - 4, “Borussiya” M - 4, “İnter” - 2, “Real Madrid” - 1

C qrupu
00:00. “Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) - 2:0

Qollar: Fabio Vieyra, 11. Serxio Oliveyra, 85

00:00. “Marsel” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 0:3

Qollar: Ferran Torres, 18. İlkay Gündoğan, 76. Rahim Sterlinq, 81

Xal durumu: “Mançester Siti” - 6, “Portu” - 3, “Olimpiakos” - 3, “Marsel” - 0

D qrupu
00:00. “Liverpul” (İngiltərə) – “Midtüllann” (Danimarka) - 2:0

Qollar: Dioqo Jota, 55. Məhəmməd Salah, 90+3 (pen.)

00:00. “Atalanta” (İtaliya) – “Ayaks” (Niderland) - 2:2

Qollar: Duvan Zapata, 54; 60 - Duşan Tadiç, 30 (pen.). Lassina Traore, 38

Xal durumu: “Liverpul” - 6, “Atalanta” - 4, “Ayaks” - 1, “Midtüllann” - 0

Son xəbərlər

Orphus sistemi