"Mançester Siti"dən darmadağın, PSJ "Real Madrid"ə qalib gəlib

"Mançester Siti"dən darmadağın, PSJ "Real Madrid"ə qalib gəlib UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Futbol
15 fevral 2022 21:53
Mançester Sitidən darmadağın, PSJ Real Madridə qalib gəlib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Gecənin maraqlı matçı Fransada PSJ və İspaniya "Real Madrid"i arasında baş tutub. "Park-de-Prens" stadionunda oynanılan görüşün taleyini 1 qol həll edib.

Oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə fərqlənən Kilian Mbappe meydan sahiblərinə qələbə qazandırıb. 62-ci dəqiqədə Paris klubunun argentinalı hücumçusu Lionel Messi penaltidən yararlana bilməyib.

Gecənin digər oyununda isə İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olub. "Şəhərlilər" rəqibini 5:0 hesabı ilə darmadağın edib. Qonaqların heyətində qolları 7-ci dəqiqədə Riyad Mahrez, 17 və 44-cü dəqiqələrdə Bernardu Silva, 32-ci dəqiqədə Fil Foden və 58-ci dəqiqədə Rahim Sterlinq vurublar.

Komandalar arasında cavab matçları martın 9-da gerçəkləşəcək.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

15 fevral

00:00. PSJ (Fransa) - "Real Madrid" (İspaniya) - 1:0

Qol: Kilian Mbappe, 90+4

İstifadə olunmamış penalti: Lionel Messİ (PSJ), 62

Baş hakim: Daniele Orsato (İtaliya)

00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:5

Qollar: Riyad Mahrez, 7. Bernardu Silva, 17; 44. Fil Foden, 32. Rahim Sterlinq, 58

Baş hakim: Srcan Yovanoviç

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi