"Mançester Siti" Çində klub alır

"Mançester Siti" Çində klub alır Bakı. 6 noyabr. REPORT.AZ/ İngiltərənin Mançester Siti klubunun rəhbərliyi Çində klub alacaq.
Futbol
6 Noyabr , 2018 13:53
Mançester Siti Çində klub alır
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi Çində klub alacaq. 

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "şəhərlilər" Çin Super Liqasında çıxış edən komandalardan birini "City Football Group" korporasiyasına daxil etmək istəyirlər.

"Mançester Siti" rəhbərliyi Çin klubunun alınması ilə bağlı danışıqların son mərhələsindədir. Komandanın adı göstərilməsə də, onun Çendu şəhərinin təmsilçisi olduğu ehtimal edilir. 

İngiltərə təmsilçisinin rəhbərliyi hesab edir ki, bu, klubun dünyada öz brendinin tanınmasını daha da artıracaq.

Qeyd edək ki, hazırda "Mançester Siti" ilə əlaqələri olan klublar siyahısında ABŞ-ın "Nyu-York Siti", Avstraliyanın "Melburn", Uruqvayın "Torke", İspaniyanın "Jirona", Yaponiyanın "Yokohama" və "Marinos" klubları da var. 

Son xəbərlər

Orphus sistemi