"Mançester Siti" “Bernli”ni darmadağın edib

"Mançester Siti" “Bernli”ni darmadağın edib İngiltərə Premyer Liqasının 30-cu turunun matçında Mançester Siti “Bernli”ni 5:0 hesabı ilə darmadağın edib.
Futbol
22 iyun 2020 21:08
Mançester Siti “Bernli”ni darmadağın edib

İngiltərə Premyer Liqasının 30-cu turunun matçında "Mançester Siti" “Bernli”ni 5:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, görüş Mançester şəhərinin “Etihad - Siti of Masnçester” stadionunda keçirilib.

Matçda hesab birinci hissənin ortalarında açılıb - 22-ci dəqiqədə Filip Foden qələbənin əsasını qoyub. Qarşılaşmanın 43-cü dəqiqəsində Riyad Mares "şəhərlilər"in hesabdakı üstünlüyünü artırıb - 2:0. Birinci hissəyə əlavə edilmiş vaxtda Mares 11 metrlik cəriməni səhvsiz reallaşdıraraq dubl edib.

Görüşdə dördüncü qolu ikinci hissənin əvvəllərində David Silva vurub. 63-cü dəqiqədə Qabriel Jezus rəqib komandanı sonuncu dəfə oyuna mərkəzdən başlamağa məcbur edib - 5:0

"Mançester Siti" bu qələbədən sonra 63 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yer tutur. Aktivində 39 xalı olan "Bernli 11-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi