İngiltərə Premyer Liqası: “Mançester Siti” “Aston Villa”nı darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Aston Villa”nı darmadağın edib İngiltərə Premyer Liqasının 22-ci matçı çərçivəsində “Aston Villa” öz meydanında “Mançester Siti”ni qəbul edib.
Futbol
12 Yanvar , 2020 22:31
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Aston Villa”nı darmadağın edib

İngiltərə Premyer Liqasının 22-ci matçı çərçivəsində “Aston Villa” öz meydanında “Mançester Siti”ni qəbul edib.

“Report”un məlumatına görə, qarşılaşma Birminhemdəki “Villa Park” stadionunda baş tutub və qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Siti”nin hücumçusu Serxio Aquero matçda het-trik edib. "Şəhərlilər"in digər hücumçusu Riyad Marez isə dubl müəllifi olub. "Aston Villa”nın qapısına daha bir topu qonaqların hücumçusu Qabriel Jezus göndərib.

“Aston Villa” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Meydan sahiblərinin heyətində yarımmüdafiəçisi Ənvər El-Qazi penaltini dəqiqliklə yerinə yetirib.

Bununla da "şəhərlilər”in İngiltərə çempionatında qalibiyyət seriyası üç matça çatıb. "Aston Villa" son üç görüşdə ikinci məğlubiyyətə uğrayıb.

Son xəbərlər

Orphus sistemi