"Mançester Siti""Arsenal"ı məğlub edib

"Mançester Siti""Arsenal"ı məğlub edib Bakı. 4 fevral. REPORT.AZ/ Mançester Siti futbol üzrə İngiltərə çempionatının 25-ci turunun ev oyununda argentinalı hücumçu Serxio Aqueronun vurduğu 3 qol sayəsində London Arsenalını məğlub edib.
Futbol
4 Fevral , 2019 08:38
Mançester SitiArsenalı məğlub edib

Bakı. 4 fevral. REPORT.AZ/ "Mançester Siti" futbol üzrə İngiltərə çempionatının 25-ci turunun ev oyununda argentinalı hücumçu Serxio Aqueronun vurduğu 3 qol sayəsində London "Arsenal"ını məğlub edib.

“Report” xəbər verir ki, argentinalı futbolçu 1, 44 və 61-ci dəqiqələrdə fərqlənib.

Oyunda "Arsenal"ın yeganə qolunu 11-ci dəqiqədə Loran Kosyelni vurub.

"Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 59-a çatdırıb və hazırda turnir cədvəlində ikinci pilləni tutur. "Arsenal" 47 xalla 6-cı yerdədir.

Son xəbərlər

Orphus sistemi