"Mançester Siti" "Arsenal"ı darmadağın edib - VİDEO

"Mançester Siti" "Arsenal"ı darmadağın edib - VİDEO Görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb
Futbol
2 Mart , 2018 04:34
Mançester Siti Arsenalı darmadağın edib - VİDEO

Bakı. 2 mart. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının 28-ci turunda "Arsenal" "Mançester Siti"ni qəbul edib.

“Report” xəbər verir ki, "Emireyts" stadionunda baş tutmuş görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Şəhərlilər"in heyətində Bernardu Silva, David Silva və Leroy Sane fərqləniblər. Bu, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün 100-cü matç olub.

Fevralın 25-də "Mançester Siti" İngiltərə Liqa Kubokunun finalında da "Arsenal"ı 3:0 hesabı ilə məğlub edib.

"Mançester Siti" hazırda 75 xalla turnir cədvəlində birinci, "Arsenal" isə 45 xalla 6-cı pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası. 28-ci tur

"Arsenal" – "Mançester Siti" - 0:3

Qollar: Bernardu Silva, 15. David Silva, 28. Leroy Sane, 33

Son xəbərlər

Orphus sistemi