"Mançester Siti" 51 ildən sonra rekordu təkrarladı

"Mançester Siti" 51 ildən sonra rekordu təkrarladı PSJ və "Mançester Siti" komandaları arasındakı cavab oyunu mayın 4-də olacaq
Futbol
29 Aprel , 2021 11:27
Mançester Siti 51 ildən sonra rekordu təkrarladı

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransada PSJ-ni 2:1 hesabı ilə məğlub edən İngiltərənin "Mançester Siti" komandası yeni uğura imza atıb.

"Report" "Opta" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" 1969/1970 mövsümündən sonra qitənin bir nömrəli klub turnirində ardıcıl 6 qələbə qazanan yeganə İngiltərə təmsilçisi olub.

Son olaraq "Lids Yunayted" Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) ardıcıl 6 qələbə əldə etmişdi.

Qeyd edək ki, PSJ və "Mançester Siti" komandaları arasındakı cavab oyunu mayın 4-də olacaq.

Son xəbərlər

Orphus sistemi