Malta yığmasının baş məşqçisi: "Öz səviyyəmizdə olan komandalarla qarşılaşacağıq"

Malta yığmasının baş məşqçisi: "Öz səviyyəmizdə olan komandalarla qarşılaşacağıq" Bakı. 24 yanvar. REPORT.AZ/ “Bir tərəfdən sevindim, digər tərəfdən qrupumuzun çətin olduğunu anlayıram”.
Futbol
24 Yanvar , 2018 17:03
Malta yığmasının baş məşqçisi: Öz səviyyəmizdə olan komandalarla qarşılaşacağıq

Bakı. 24 yanvar. REPORT.AZ/ “Bir tərəfdən sevindim, digər tərəfdən qrupumuzun çətin olduğunu anlayıram”.

“Report” xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçisi Tom Saintfit deyib.

Püşkü dəyərləndirən 45 yaşlı belçikalı mütəxəssis bildirib ki, onları çətin matçlar gözləyir: “Amma ən azından 1-2 oyunu udmağa çalışacağıq. Öz səviyyəmizdə olan komandalarla qarşılaşmaq maraqlıdır. Azərbaycan hazırda FİFA reytinqində 118-ci pillədədir. Farer adaları kiçik ölkə olsa da, sərt rəqibdir. Gərək, Kosova yığmasını öyrənək. Biz oyun tərzimizi dəyişə və daha pozitiv, hücum futbolu sərgiləyə bilərik. Bu da, öz növbəsində, qolların və xalların sayında özünü göstərəcək. Bu, bizim məqsədimizdir. Rəqiblərimizi zəif hesab etmirik”.

Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.

Son xəbərlər

Orphus sistemi