Malta yığmasının baş məşqçisi: "Azərbaycanla bərabərliyi uğurlu nəticə hesab edirəm"

Malta yığmasının baş məşqçisi: "Azərbaycanla bərabərliyi uğurlu nəticə hesab edirəm" Ta Qali. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan çox yaxşı komandadır. Bərabərliyi bizim üçün uğurlu nəticə hesab edirəm.
Futbol
11 Sentyabr , 2018 01:19
Malta yığmasının baş məşqçisi: Azərbaycanla bərabərliyi uğurlu nəticə hesab edirəm

Ta Qali. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycan çox yaxşı komandadır. Bərabərliyi bizim üçün uğurlu nəticə hesab edirəm".

"Report"un Maltaya ezam olunmuş müxbirinin məlumatına görə, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan sonra təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.

63 yaşlı mütəxəssis bildirib ki, Malta yığması tədricən daha yaxşı oynayır: "İrəliyə doğru addımlayırıq. Bugünkü matç komandam üçün çox önəmli idi. Daha böyük dəstəyə ehtiyac duyuruq. 

Qrupumuzda favorit yoxdur. Məsələn, Kosova yeni komandadır. İstədikləri yeni futbolçularla heyəti gücləndirə bilərlər. Farer adaları da güclüdür. Lakin fikrimcə, Kosova bir qədər üstündür. Hazırkı reytinq cədvəli yığmaların gücünü düzgün əks etdirmir. Kosova daha üst sırada dayanmalıdır".

Son xəbərlər

Orphus sistemi