​Malta millisinin baş məşqçisi: "Uduzmaq bizim günahımızdır"

​Malta millisinin baş məşqçisi: "Uduzmaq bizim günahımızdır" Pietro Gedin Azərbaycanla oyuna münasibət bildirib
Futbol
29 Mart , 2015 01:25
​Malta millisinin baş məşqçisi: Uduzmaq bizim günahımızdır

"Futbol riyaziyyat deyil. Bəzən udmaq da olar, uduzmaq da". "Report"un məlumatına görə, bunu Azərbaycan yığması ilə Avro-2016-nın seçmə qrup matçından sonra Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib.

O bildirib ki, komandası məğlubiyyətə layiq deyildi:

"Uduzmaq bizim günahımızdır. İlk yarıda komandamın oyunundan razı qalmadım. Erkən qol buraxdıq. Fasilədən sonra isə taktiki dəyişiklik edərək, daha yaxşı çıxış etdik".

P.Gedin 2 il öncə yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzduqları Azərbaycan yığması ilə indikini də müqayisə edib:

"Əvvəlki oyunda fiziki cəhətdən zəif idik. Bu dəfə isə yaxşı oynadıq. Sizin komanda da yaxşı təsir bağışladı".

Baş məşqçi komandasının qol vəziyyəti yarada bilməməsi fikri ilə razılaşmayıb.

"Ola bilsin, siz oyunu başqa yerdən izləyirdiniz" deyən təcrübəli mütəxəssis türkiyəli hakimlər briqadasından narazılığının olmadığını da əlavə edib.

P.Gedin yaxşı qarşılandıqları üçün AFFA-ya minnətdarlıq etməyi də unutmayıb.

Qeyd edək ki, Azərbaycan millisi Avro-2016-nın seçmə qrup matçında Maltanı 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi