Malta millisinin Azərbaycanla oyun üçün heyəti bəlli olub

Malta millisinin Azərbaycanla oyun üçün heyəti bəlli olub Futbol üzrə Malta millisinin Azərbaycan və Küveytə qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.
Futbol
14 Mart , 2022 16:27
Malta millisinin Azərbaycanla oyun üçün heyəti bəlli olub

Futbol üzrə Malta millisinin Azərbaycan və Küveytə qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

"Report"un məlumatına görə, yığmanın baş məşqçisi Devis Manca 29 futbolçuya dəvət göndərib.

Qapıçılar: Anri Bonello ("Hamrun Spartans"), Mettyu Kremona ("Hibernians"), Ceyk Qalea ("Baltsan")

Müdafiəçilər: Andrey Acius, Ferdinando Apap (hər ikisi "Hibernians"), Jan Borq, Tristan Karuana (hər ikisi "Valletta"), Stiv Borq, Karl Mikallef (hər ikisi "Hamrun Spartans"), Ceyms Broun ("Sent Conston", Şotlandiya), Zak Muskat ("Kasa Pia", Portuqaliya), Enriko Pepe ("Birkirkara")

Yarımmüdafiəçilər: Keyn Attard ("Birkirkara"), Rayan Kamenzuli, Adam Maqri Overend, Brandon Payber (hamısı "Floriana"), Mettyu Giyomye ("Siena", İtaliya), Cozef Mbonq ("Hamrun Spartans"), Nikolay Muskat, Stiven Pisani, Nevin Portelli (hamısı "Qzira Yunayted"), Teddi Teuma ("Yunion", Belçika), Danstan Vella ("Hibernians")

Hücumçular: Yan Busuttil ("Floriana"), Yurge Deqabriele, Ceyk Qreç (hər ikisi "Hibernians"), Pol Mbonq, Lyuk Montebello (hər ikisi "Birkirkara"), Aleksander Satariano ("Perqokrema", İtaliya).

Qeyd edək ki, martın 25-də keçiriləcək Malta - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu, Malta seçməsinin kapitanı Andrey Aciusun yığmadakı son oyunu olacaq. 36 yaşlı müdafiəçi sözügedən qarşılaşmadan sonra millidəki karyerasını başa vuracaq.

Son xəbərlər

Orphus sistemi