Malta millisi Azərbaycan yığması ilə oyunöncəsi itki ilə üzləşib

Malta millisi Azərbaycan yığması ilə oyunöncəsi itki ilə üzləşib Bakı. 12 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə qarşılaşacaq Malta millisi itki ilə üzləşib.
Futbol
121
12 Oktyabr , 2018 07:00
Malta millisi Azərbaycan yığması ilə oyunöncəsi itki ilə üzləşib

Bakı. 12 oktyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə qarşılaşacaq Malta millisi itki ilə üzləşib.

"Report" verir ki, komandanın kapitanı Maykl Mifsud Bakıda keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.

Hücumçu Millətlər Liqasının III turunda Kosovo ilə matçın 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırıldığı üçün millimizlə matçı buraxacaq.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi