Malayziya - Səudiyyə Ərəbistanı futbol qarşılaşması yarımçıq dayandırılıb

Malayziya - Səudiyyə Ərəbistanı futbol qarşılaşması yarımçıq dayandırılıb Buna səbəb malayziyalı azarkeşlərin meydançaya yanar maddələr atmasıdır
Futbol
9 Sentyabr , 2015 20:39
Malayziya - Səudiyyə Ərəbistanı futbol qarşılaşması yarımçıq dayandırılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Asiya seçmələrində Malayziya və Səudiyyə Ərəbistanı yığmalarının görüşündə insident yaşanıb. "Report"un məlumatına görə, malayziyalı azarkeşlərin davranışlarından dolayı oyun yarımçıq dayandırılıb.

BƏƏ millisi ilə görüşdə qapısında 10 cavabsız top görən Malayziya görüşün 70-ci dəqiqəsində hesabı açıb. 74 və 77-ci dəqiqələrdə Səudiyyə Ərəbistanının hesabda önə keçməsi malayziyalı azarkeşləri özündən çıxarıb.

Rəqibin ikinci qolundan sonra tribunalardan meydançaya yanar maddələr atılıb. Nəticədə rəqib komanda meydançanı tərk edib və oyun yarımçıq dayandırılıb.

Son xəbərlər

Orphus sistemi