Bakı. 7 iyun. REPORT.AZ/ "Hesab edirəm ki, 5 ay ərzində Azərbaycanda çox şeyə nail olmuşam".
"Report" xəbər verir ki, bunu Bakının "Keşlə" klubunun ukrayna baş məşqçisi Yuri Maksimov "Football Hub" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan onun üçün yeni ölkədir və burada futbola yeni yanaşmalar var. Hər şey özlərininkidir. Futbolçuları rejimdədir", - deyə o əlavə edib.
Mütəxəssis gələcək planlarla bağlı sualı belə cavablandırıb:
"Gələcək? Həyat davam edir. Variant olanda danışarıq".