Maksim Medvedev: "Oyun istədiyimiz kimi alınmadı" - MÜSAHİBƏ

Maksim Medvedev: "Oyun istədiyimiz kimi alınmadı" - MÜSAHİBƏ Ta Qali. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Maksim Medvedevin UEFA Millətlər Liqasının II turunda səfərdə Malta ilə 1:1 hesabı ilə heç-heçə başa çatan matçdan sonra Reporta müsahibəsi:
Futbol
11 Sentyabr , 2018 02:24
Maksim Medvedev: Oyun istədiyimiz kimi alınmadı - MÜSAHİBƏ

Ta Qali. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Maksim Medvedevin UEFA Millətlər Liqasının II turunda səfərdə Malta ilə 1:1 hesabı ilə heç-heçə başa çatan matçdan sonra "Report"a müsahibəsi:

- Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Oyun istədiyimiz kimi davam etmədi. Bura 3 xal üçün gəlmişdik. Bunun üçün hazırlaşırdıq, rəqibi yaxşı analiz edirdik. Çalışırdıq ki, qol buraxmayaq. Ancaq təəssüf ki, qapımıza penalti təyin olundu və hesabda 0:1 geri düşdük. Düzdür, sonradan hesabı bərabərləşdirə bildik. Hesabda irəli çıxmaq üçün vaxtımız var idi. Belə deyim ki, daha da aqressiv oynasaydıq, istəyimizə çata bilərdik. Bir qol çatmadı ki, Maltadan 3 xalla qayıdaq. Yenə də üzülmürük. Qarşıda oyunlarımız var. Riyazi hesablamaya görə, rəqiblərimizə hələ çata bilərik. İnanıram ki, gələn qarşılaşmalarda daha yaxşı oynayacağıq və lazım olan xalları qazanacağıq.

- Komandamız hücumda çox "dişsiz" görünürdü....

- Ola bilər komanda qol vurmayıb. Ancaq komandanın hücumda nə qədər "dişsiz" olub-olmamağı iə bağlı sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Çünki hücumda çıxış edən futbolçuları yalnız baş məşqçi təhlil edə bilər. Mən onların komanda yoldaşıyam. Əlbəttə, istərdik ki, bir yerdə qalib gələk. Ancaq təəssüf ki, buna nail ola bilmədik.

- Qələbəyə layiq idiniz, yoxsa..?

- İnanıram ki, Azərbaycan Maltadan daha güclü oynadı. Düzdür, özünüz də gördünüz ki, rəqibin heyətində 60-cı dəqiqədən başlayaraq 5-6 futbolçusu ayaqlarını tutaraq uzanırdı. Bununla oyunu tempini öldürür, vaxt uzadırdılar. Bu, bizə psixoloji cəhətdən mənfi təsir edirdi, motivasiymızı aşağı salırdı. İstədiyimizi əldə edə bilmirdik.

- Qrupdakı əsas rəqibimiz Kosova qələbə qazandı...

- Eşitdim ki, 2:0 hesabıyla qalib gəldilər. Buna görə işimiz bir az çətinləşir. Ancaq yenə də Kosovayla səfər matçımız var. Hər şey öz əlimizdədir.

Son xəbərlər

Orphus sistemi