Azərbaycan millisinin kapitanı Maksim Medvedev zədələnib.
"Report"un məlumatına görə, 33 yaşlı müdafiəçi Maltaya qarşı keçirdikləri yoldaşlıq oyununda xəsarət alıb.
Onun yerinə 76-cı dəqiqədə Renat Dadaşov meydana daxil olub.
Qeyd edək ki, hazırda Malta seçməsi 1:0 hesabı ilə öndədir.