Maksim Medvedev Konfrans Liqasında ilk "3-lüy"ə düşüb

Maksim Medvedev Konfrans Liqasında ilk "3-lüy"ə düşüb "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Konfrans Liqasının qrup mərhələsində ən çox top qazanan futbolçular siyahısında yer alıb.
Futbol
882
1 Oktyabr , 2021 11:19
Maksim Medvedev Konfrans Liqasında ilk 3-lüyə düşüb
Maksim Medvedev

"Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Konfrans Liqasının qrup mərhələsində ən çox top qazanan futbolçular siyahısında yer alıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi turnirdəki iki oyunda 20 dəfə buna müvəffəq olub. Medvedev bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.

Birinci yerdə Çexiyanın "Yablonets" komandasından Yaroslav Zeleni (24), ikinci sırada isə İsrailin "Makkabi" (Təl-Əviv) komandasından Luis Ernandes (22) yer alıb.

Qeyd edək ki, ilk turda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edən "Qarabağ", II turda Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə darmadağın edib. Ağdam təmsilçisi III turda Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi