Maksim Medvedev: "Gələn aydakı oyunlardan maksimum yararlanmalıyıq ki, hədəfimizə çataq"

Maksim Medvedev: "Gələn aydakı oyunlardan maksimum yararlanmalıyıq ki, hədəfimizə çataq" Bakı. 15 oktyabr. REPORT.AZ/ Gələn ay iki oyunumuz var, onlardan maksimum yararlanmalıyıq ki, hədəfimizə çataq.
Futbol
15 Oktyabr , 2018 03:21
Maksim Medvedev: Gələn aydakı oyunlardan maksimum yararlanmalıyıq ki, hədəfimizə çataq
Report/ Firi Salim

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Gələn ay iki oyunumuz var, onlardan maksimum yararlanmalıyıq ki, hədəfimizə çataq".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının müdafiəçisi Maksim Medvedev Malta ilə Millətlər Liqasının IV tur matçından sonra (1:1) jurnalistlərin suallarını cavablandırarkən deyib.

- Oyun haqqında nə düşünürsüz? Bu nəticəyə üzülməliyik, ya sevinməli?

- Əlbəttə, meydana ancaq qələbə üçün çıxmışdıq. Rəqibi analiz etmişdik və onlara uyğun taktika seçmişdik. Ümumi götürsək, pis alınmırdı. Sadəcə, son zərbə çatışmadı. Yaxşı vəziyyətlər əldə etdik, amma futbolda hər şey olur. İki xal itirdik. İşimiz çətindir, amma riyazi hesabla şansımız qalır. Gələn ay iki oyunumuz var, onlardan maksimum yararlanmalıyıq ki, hədəfimizə çataq.

- Digər oyunda Kosovonun xal itirməsi sizi daha da kədərləndirmədi?

- Xeyr. Hər şey öz yerində qaldı. Çalışacağıq ki, gələn ay Farer adaları qarşısında mütləq qələbə qazanaq, sonra isə Kosovo ilə finala bərabər görüşə çıxaq.

- Bu gün nə çatışmadı? Ustalıq, ya bəxt?

- Hər ikisi. Elə vəziyyətlər var idi ki, orda ustalıq lazım deyildi. Topu vururduq, qapıya düşə bilmirdik. Təcrübəli oyunçularımız var, o qədər qol imkanlarından yararlana bilmədik. Təəssüf ki, iki xal itirdik.

- Matça sağ cinahda başlasanız da, ikinci hissədə mərkəzə keçdiniz. Bu dəyişikliyi necə dəyərləndirirsiniz?

- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar.

Son xəbərlər

Orphus sistemi