Maksim Medvedev: "Əsl azarkeş istənilən oyunda komandaya dəstək verməlidir"

Maksim Medvedev: "Əsl azarkeş istənilən oyunda komandaya dəstək verməlidir" “Şansımız olmasa da oyuna ciddi hazırlaşırıq”.
Futbol
11 Dekabr , 2019 13:47
Maksim Medvedev: Əsl azarkeş istənilən oyunda komandaya dəstək verməlidir
Maksim Medvedev / Report / Firi Salim

“Şansımız olmasa da oyuna ciddi hazırlaşırıq”. 

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj"ı ilə qarşılaşmadan öncə mətbuat konfransında deyib.

32 yaşlı müdafiəçi bildirib ki, matçın əhəmiyyəti böyük olmasa da, qələbə qazanmaq arzusundadılar: “Bəlkə də, oyunun əhəməmiyyəti böyük olmaya bilər. Çünki qrupdan çıxmaq baxımından heç bir rol oynamır. Ancaq biz hər matça olduğu kimi, sabahkı görüşə də qələbə istəyi ilə çıxacağıq”.

Medvedev görüşə azarkeş marağının az olacağını düşünür: “Bizim işimiz futbol oynamaqdır. Azarkeşlər üçün isə şou kimi olur. İstərdim ki, hər oyunda tribunalar dolu olsun. Bu bizə əlavə qüvvə verir. Bəzi azarkeşlər oyuna gəlməyəcək. Amma əsl azarkeşlər komandaya dəstək verməlidilər. Mən sevimli komandama belə azarkeşlik etsəydim, oyunlarına gedərdim”.

Son xəbərlər

Orphus sistemi