Maksim Medvedev: "Baş məşqçi ilə söhbətimiz olacaq"

Maksim Medvedev: "Baş məşqçi ilə söhbətimiz olacaq" "Oyun barədə çox danışmaq alınmayacaq. Çünki görüşü analiz etmək lazımdır".
Futbol
30 Mart , 2021 22:15
Maksim Medvedev: Baş məşqçi ilə söhbətimiz olacaq
Maksim Medvedev

"Oyun barədə çox danışmaq alınmayacaq. Çünki görüşü analiz etmək lazımdır".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə matçından sonra deyib.

32 yaşlı müdafiəçi çoxlu səhvlər buraxdıqlarını və nəticədə rəqibin 2 qol vurduğunu bildirib: "Rəqib futbolçular topla rahat davranır, hücumlar qururdular. Bizdə isə alınmırdı. Onları yaxşı bağlamağa çalışırdıq. Amma səviyyə fərqi hiss olunurdu. Çox tez oynayırdılar, biz isə yorulurduq. Hardasa çatdırmırdıq, nəticədə qol görürdük. Baş məşqçi ilə oyunu analiz etməliyik".

Medvedevin sözlərinə görə, eyni səhvləri təkrarlamaq olmaz: "Bütün rəqiblərimiz analoji futbolu sərgiləyir, yenə qol vura bilərlər. Oyun barədə baş məşqçi ilə söhbətimiz olacaq. Canni De Byazi hər bir futbolçuya özəl tapşırıqlar verir. O, futbolçularla danışanda səhvlərini deyəcək".

Son xəbərlər

Orphus sistemi