"Makkabi"nin müdafiəçisi: "Qarabağ" çox güclüdür"

"Makkabi"nin müdafiəçisi: "Qarabağ" çox güclüdür" "Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah xal qazanmalıyıq. "Qarabağ" xal qazana bilməsə də, keyfiyyətli komandadır".
Futbol
477
2 Dekabr , 2020 17:25
Makkabinin müdafiəçisi: Qarabağ çox güclüdür
Maor Kandil

"Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah yaxşı nəticə qazanmalıyıq. Xalı olmasa da, "Qarabağ" keyfiyyətli komandadır".

"Report" xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" komandasının futbolçusu Maor Kandil klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la matç barədə danışarkən deyib.

27 yaşlı müdafiəçi bildirib ki, onları güclü komandaya qarşı sərt oyun gözləyir: "Rəqib çox güclüdür. Amma onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatıq. Bizim üçün çox vacib matç olacaq".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi